Вернуться назад Распечатать

Yük avtomobillərinin sürücülərin NƏZƏRİNƏ

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yük avtomobillərinin sürücülərinə müraciəti

1xeber.media xəbər verir ki Bakıda yolların buz bağlaması səbəbindən ötən gecə bir neçə yük avtomobili yolda qalıb.

Proqnozlara əsasən bu gün və qarşıdakı günlərdə  yolların buz bağlaması ehtimalı var. Müşahidələr göstərir ki, havanın qarlı və yollarda buzlaşmanın olduğu gündən bu vaxta qədər Bakı-Sumqayıt şosesi, Ziya Bünyadov prospekti və Bakı dairəvi yolunda daha çox yük avtomobillərinin hərəkətində problemlər yaranır. Əksər hallarda hərəkət mümkünsüz olduğundan (nəqliyyat vasitələri sürüşdüyündən) qəzalar baş verir, bu avtomobillər yollarda qalır və nəqliyyat sıxlığı yaranır. Belə nəqliyyat vasitələrinin sürücüləri yola çıxmazdan əvvəl yolların buz bağlayacağını nəzərə almalı və nəqliyyat vasitəsinin texniki sazlığına diqqət yetirməlidirlər