Вернуться назад Распечатать

DİN-in Mətbuat Xidməti MƏLUMAT YAYDI

1xeber.media xəbər verir ki martın 6-da ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

 Axtarışda olduğuna görə ümumilikdə 125, o cümlədən borclu şəxs qismində axtarışda olan 88 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
 Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.
 Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.