Вернуться назад Распечатать

Neftçalada narkuryer saxlanılıb

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkokuryerlik edən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Elsevər Cəbrayılov saxlanılıb. 

DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1xeber.media  verilən məlumata görə, ondan 9 kiloqramdan artıq heroin və marixuana aşkar edilərək götürülüb.
Dindirilmə zamanı E.Cəbrayılov pul müqabilində narkokuryerlik etdiyini bildirib. 
Faktla bağlı cinayət işi başlanılıb, E.Cəbrayılov  barəsində həbs qətimkan təbiri seçilib. Araşdırmalar davam etdirilir.