Вернуться назад Распечатать

Polis nəfəri avtoqəzada həyatını itirib

Noyabrın 15-də Səbail rayonu Salyan yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

DİN-in Mətbuat Xidmətindən  1xeber.media bildirilib ki, “Daewo” markalı avtomobil yolu keçən piyada, polis nəfəri Ərtoğrul Həsənlini vurub. Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib. 

Faktla bağlı cinayət işi başlanılıb.