Вернуться назад Распечатать

Sürət həddi endirildi

Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq paytaxtın Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

1xeber.media bildirir ki,eyni zamanda DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən bütün məlumat-sürət tablolarında "güclü külək" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.