Вернуться назад Распечатать

DİN-in Mətbuat Xidməti MƏLUMAT YAYDI

1xeber.media xəbər verir ki mayın 2-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

 Axtarışda olduğuna görə ümumilikdə 68, o cümlədən borclu şəxs qismində axtarışda olan 55 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
 Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.
 Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.