Вернуться назад Распечатать

Hacı Zülfüqar Bakıya gətirilir?

Hacı Zülfüqar Mikayılzadənin Moskvada həbs edildiyi təsdiqlənib.

1xeber.media Axar.az-a istinadən xəbər verir ki, Rusiya mediası onun Moskvadan başqa şəhərə təyyarə ilə getmək istəyərkən saxlanıldığını yazıb. Bildirilir ki, o, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır.

Onun Azərbaycana ekstradisiya edilib-edilməməsinə Rusiya məhkəməsi qərar verəcək.

Qeyd edək ki, ötən gün Z.Mikayılzadənin həbs edilməsi xəbərini MOUZE Teleqram kanalı yaymışdı.