Вернуться назад Распечатать

Masallıda ƏMƏLİYYAT-SAXLANILAN VAR

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbirlərlə əvvəllər məhkum olunmuş 34 yaşlı Aqil Məmmədov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 1xeber.media verilən məlumata görə, həmin şəxsdən ümumilikdə 15 kiloqramdan artıq heroin, tiryək, marixuana və metamfetamin aşkarlanıb. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.