Вернуться назад Распечатать

Polis əməkdaşları itkin düşən 8 şəxsi tapdı

1xeber.media xəbər verir ki,noyabrın 20-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qurumdan verilən daha bir məlumata görə,polis əməkdaşlarının noyabrın 20-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Eyni zamanda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 20-də ümumi çəkisi 8,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.