1xeber.media xəbər verir ki,noyabrın 21-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Digər məlumata görə,polis əməkdaşlarının noyabrın 21-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Eyni zamanda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 21-də ümumi çəkisi 3,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.