Külli miqdarda mənimsəmədə təqsirləndirilən Nicat Məmmədova hökm oxunub.
Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, Nicat Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror Vüsal Mehrəliyev məhkəməyə təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Qeyd edək ki, təqsirləndirilən şəxs zərərçəkmiş sahibkar Oruc Quliyevə 69 min 800 manat ziyan vurub.
Belə ki, Nicat Məmmədov sahibkarın etibarından istifadə edib pulları mənimsəyib və "TikTok"da ayrı-ayrı fenomenlərə qiymətli hədiyyələr atıb.
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.