1xeber.media xəbər verir ki,noyabrın 22-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Məlumata görə,polis əməkdaşlarının noyabrın 22-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Eyni zamanda,polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 22-də ümumi çəkisi 7,2 kiloqramdan artıq narkotik vasitə, həmçinin 3100 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.