Вернуться назад Распечатать

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat paylaşdı

1xeber.media Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına istinadən  xəbər verir ki,düzgün ara məsafəsi saxlamayan minik avtomobili və moped sürücüsü yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.

Hadisə paytaxtın Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsində baş verib. Polis əməkdaşları tərəfindən qəza iştirakçıları yoldan kənarlaşdırılıb və sıxlığın qarşısı alınıb.