Sirkə turşusu içən 56 yaşlı qadın xəstəxanada ölüb.
1xeber.media xəbər verir ki, Oğuz rayonunun Bucaq kənd sakini, 1968-ci il təvəllüdlü Leyla Osman qızı Musayeva kəskin zəhərlənmə diaqnozu ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Xəstəxanada müayinə zamanı l.Musayevanın sirkə turşusundan zəhərləndiyi məlum olub və ona göstərilən tibbi yardımlara baxmayaraq qadın xəstəxananın Reanimasiya şöbəsində həyatını itirib.
Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.