Polis əməkdaşlarının noyabrın 26-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
1xeber.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Eyni zamanda Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Noyabrın 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 tüfəng aşkar edərək götürüblər.