Вернуться назад Распечатать

Evdən iş adı ilə çıxıb,10 gündür xəbər yoxdur

Evdən iş adı ilə çıxan Şükürov Daxil Bəxtiyar oğlu itkin düşüb.

1xeber.media müraciət edən itkin düşən şəxsin həyat yoldaşı Hüseynova Pərvanəninverdiyi  məlumata görə,Daxil iyul ayının 19-da yaşadığı Cəlilabad rayonunun Uzuntəpə kəndindən  Bakı şəhərində daş karxanalarının birində işləmək adı ilə evdən  çıxıb.

Yaxınları həmin gündən  Şükürov Daxildən heç bir xəbər ala bilmirlər.

Məlumata görə onun bütün sənədləri də evdədir, işlətdiyi telefon nömrəsinə isə zəng çatmır.

Şükürov Daxil Bəxtiyar oğlunu görənlərdən xahiş olunur ki, 050 765-39-73 telefon nömrəsi ilə əlaqə saxlasınlar.