Вернуться назад Распечатать

DİN-in Mətbuat Xidməti MƏLUMAT YAYDI

DİN-in Mətbuat Xidmətindən 1xeber.media verilən məlumata görə, iyulun 30-da ölkə ərazisində qeydə alınan 30, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 64, o cümlədən borclu şəxs qismində axtarışda olan 48 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  
  
 Eyni zamanda narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

 Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.