Polis əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
1xeber.media DİN Mətbuat Xidmətinə istinadən xəbər verir ki,noyabrın 26-da paytaxtın Xətai rayonu ərazisində keçirilən növbəti tədbir zamanı bir şadlıq sarayında və bir ictimai iaşə obyektində ətraf mühitə atılan zərərli maddələrin normativdən artıq olması və atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması, Sabunçu rayonu ərazisində keçirilən tədbir zamanı isə Pirşağı qəsəbəsində yerləşən marketlərdən birinin tullantı emalı yeri müəyyənləşdirmədiyi aşkar olunub.
Ekoloji tələblərin pozulmasına görə həmin obyektlərin icarədarları barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.