Вернуться назад Распечатать

Yasamalda 2 qadın görün nəyə görə saxlanıldı

Paytaxtın Yasamal rayonu ərazisində yerləşən yarımtikilidə narkotik aludəçilərinin sosial şəbəkələrdə yayılan görüntüləri polis əməkdaşları tərəfindən araşdırılıb.

DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli 1xeber.media bildirib ki, tədbirlərlə həmin şəxslər müəyyən olunub. 

Əvvəllər də məhkum olunan – Günel Məmmədova, Nurlan Mustafalı, Günay Babayeva və Orxan Haqverdiyev saxlanılaraq məsuliyyətə cəlb ediliblər.