Вернуться назад Распечатать

Sahibkarın döyülmə iddiasına polis münasibət bildirdi

Sahibkar Əhmədov Şahının döyülmə iddiası ilə bağlı 1xeber-ın efirində yayımlanan sujetindən sonra DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qəmbərli bildirib ki,bununla bağlı vətəndaş tərəfindən müvafiq polis orqanına müraciət daxil olub. Müraciətlə bağlı hazırda Xəzər RPİ-nin 1-ci Polis Şöbəsində təhqiqat araşdırması aparılır. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.