Вернуться назад Распечатать

Şəmkirdə baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı BDYPİ-dən açıqlama

Avqustun 7-də Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər həlak olub, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

1xeber.media xəbər verir ki,hadisə “Mercedes Sprinter” markalı mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində baş verib.

Fakt üzrə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir. Hadisənin hansı səbəbdən baş verməsi müvafiq araşdırmalardan sonra müəyyən ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.