Вернуться назад Распечатать

Sumqayıtda evlərdən oğurluq edən şəxslər saxlanılıb

Sumqayıt şəhərində oğurluq hadisələri qeydə alınıb. Naməlum şəxslər ayrı-ayrı vaxtlarda evlərdən məişət əşyaları, su qızdırıcı və təmir alətlərini talayıblar. 

1xeber.media xəbər verir ki,Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxslər - əvvəllər məhkum olunmuş 37 yaşlı  Ş.Əhmədov və 36 yaşlı M.Ağayev müəyyən edilərək saxlanılıblar. 

Faktlarla bağlı araşdırma aparılır.