Вернуться назад Распечатать

Qəza tıxaca səbəb oldu

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən 1xeber.media daxil olan məlumata görə,Nizami rayonu, Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionun yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Qəza səbəbindən həm mərkəz, həm də Aeroport şosesi istiqamətlərində nəqliyyat sıxlığı yaranıb. Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.