Nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi, yol-nəqliyyat hadisələrinin tez-tez baş verdiyi 8 Noyabr prospektində piyada və sürücülərin təhlükəsizliyi məqsədilə yeni svetoforlar quraşdırılıb.
Qurumdan 1xeber.media verilən məlumata görə,Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) layihəsi əsasında Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən 8 Noyabr prospektinin müxtəlif hissələrində ümumilikdə 70 avtomobil, 48 piyada svetoforları quraşdırılaraq yol hərəkəti iştirakçılarının istifadəsinə verilib. Layihə çərçivəsində Mərkəzin əməkdaşları tərəfindən prospektdə kabel-kommunikasiya xətlərinin yenilənməsi işləri də aparılıb.