Вернуться назад Распечатать

Bank kartından oğurluq edən şəxs saxlanıldı

Polisə müraciət edən Bakı şəhər sakini bank kartından 1000 manatının oğurlandığını bildirib.

1xeber.media  xəbər verir ki, Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 27 yaşlı N.Abdullayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.