DİN mətbuat xidmətindən 1xeber.media verilən məlumata görə,Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən iaşə obyektlərində iki nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı R.Rzayev və 23 yaşlı F.İbrahimov müəyyən olunaraq saxlanılıblar.
Səbail rayonu ərazisində yerləşən ictimai iaşə obyektində isə 2 nəfərin mobil telefonlarını və bank kartını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 27 yaşlı B.Əkbərli 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.