Вернуться назад Распечатать

DİN-in Mətbuat Xidməti MƏLUMAT YAYDI -21 nəfər saxlanıldı

Qurumdan 1xeber.media verilən məlumata görə,noyabrın 29-da ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 121, o cümlədən borclu şəxs qismində axtarışda olan 95 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  
Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.