Nəsimi rayonu ərazisində yerləşən mağazaların birində saxlanc yerindən bir nəfərin içərisində pulu, 2000 manat dəyərində qızıl üzüyü, sənəd və bank kartları olan pulqabısının oğurlanması barədə polisə məlumat daxil olub.
1xeber.media xəbər verir ki,Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 32 yaşlı A.Abdullayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.