Вернуться назад Распечатать

Yolda özümüzün və başqalarının həyatına biganə qalmayaq!

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə növbəti dəfə xəbərdarlıq edib.

Sürət həddinə, manevretmə qaydalarına əməl etmək hər bir sürücünün vəzifəsidir. İnsan müqəddəratını həll edən bu qaydalara etinasız yanaşmanın aqibəti isə hər kəsə məlumdur. Lakin, təəssüf ki, intizamsızlıq, məsuliyyətsizlik, yaxud səbirsizlik səbəbindən hələ də bu kimi qayda pozuntularının və onların acı nəticələrinin şahidi oluruq.

Baş Dövlət Yol Polisi İdarəsi qanunvericiliyin tələblərini bir daha xatırladır:

Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqanallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır.

Dəyərli sürücülər! Özümüzün və başqalarının həyatına biganə qalmayaq!