Вернуться назад Распечатать

Paytaxtda soyğunçuluq edən şəxs saxlanılıb

Paytaxtın Nizami rayonunda soyğunçuluq hadisəsi baş verir.

1xeber.media xəbər verir ki,Cəlilabad rayon sakini polisə müraciət edərək naməlum şəxsin ona məxsus mobil telefonunu ələ keçirdiyini bildirib. 

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluqda şübhəli bilinən əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 25 yaşlı E.Hüseynov saxlanılıb. 

Araşdırma aparılır.