Вернуться назад Распечатать

Qaxda “Diqqət, uşaqlar!” aylığı ilə əlaqədar tədbir keçirilib

Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları “Diqqət, uşaqlar!” aylığı çərçivəsində şəhər 3 nömrəli orta məktəbdə azyaşlılara təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədilə maarifləndirmə xarakterli görüş keçiriblər.

1xeber.media xəbər verir ki,çıxış edənlər yollarda uşaq travmatizminin minimuma endirilməsi istiqamətində görülən işlər, qarşıda duran vəzifələrdən danışıb, bu sahədə uşaq və yeniyetmələr arasında məsuliyyət hissinin daha da gücləndirilməsinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıblar.
Daha sonra məktəblilərin ifasında yol hərəkəti qaydalarını və təhlükəsiz davranış vərdişlərini aşılayan musiqi və rəqs nömrələri, səhnəciklər nümayiş olunub.