Oktyabrın 11-i günorta saatlarında Bakı şəhər Suraxanı rayonu ərazisində qətl törədilib.
1xeber.media xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı 1982-ci il təvəllüdlü Ayxan Fəxrəddin oğlu Mustafayev bıçaqlanaraq qətlə yetirilib.
Bildirilib ki, hadisə Əmircan qəsəbəsi ərazisində A.Mustafayevə məxsus mağazada baş verib. Xəstəxanaya çatdırılan 43 yaşlı kişi orada vəfat edib.
Ona bıçaqla xəsarətlər yetirərək öldürməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü R.Xəlilov polis tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, hadisə barədə ilk məlumatı “Bakupost” yayıb.