Вернуться назад Распечатать

Dələduzluq və oğurluq edən şəxs saxlanılıb

Paytaxtın Səbail rayonunda bir nəfərin mobil telefonu dələduzluq yolu ilə ələ keçirilib. 

Zərərçəkən polisə müraciət edərək mobil telefonunun aldadılaraq ələ keçirilməsi, daha sonra telefonunda olan banklardan birinə məxsus tətbiqdən 1700 manatının oğurlanmasını bildirib. 

1xeber.media xəbər verir ki,Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən paytaxt sakini 29 yaşlı E.Feyzullayev müəyyən olunaraq saxlanılıb. 

Araşdırmalarla saxlanılan şəxsin bundan əvvəl də bir nəfərin 2050 manatını dələduzluq yolu ilə ələ keçirdiyi məlum olub.
Faktlarla bağlı araşdırma aparılır.