Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə 2025-ci il oktyabr ayının 20-dən noyabr ayının 20-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində "Təmiz hava" aylığı elan edir.
Bu barədə 1xeber.media Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Bununla əlaqədar nəqliyyat vasitələrinin sürücülərinə, eləcə də sərnişin və yük daşıma fəaliyyəti həyata keçirən fiziki və hüquqi şəxslərə istifadələrində olan avtomobillərin yanacaq sistemini saz vəziyyətdə saxlamaq tövsiyə olunur.
Nəzərə alınmalıdır ki, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.