Вернуться назад Распечатать

Rüfət Səfərovla bağlı məhkəməyə təqdimat daxil oldu

Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə vəsatət daxil olub.

1xeber.media APA-ya  istinadla xəbər verir ki, təqdimata bu gün Binəqədi rayon Məhkəməsində baxılacaq.

Xatırladaq ki,Rüfət Səfərov dekabrın 3-də saxlanılıb.

Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.