Вернуться назад Распечатать

Azər İsmayılov saxlanıldı

İngilis dili müəllimi kimi fəaliyyət göstərən Azər İsmayılov saxlanılıb.

1xeber.media  xəbər verir ki, A.İsmayılov vətəndaşların onun barəsində çoxsaylı şikayətləri əsasında məsuliyyətə cəlb edilib.

Bildirilib ki, İsmayılovun rəhbərlik etdiyi “iamzervacademy” kimi tanınan dil kursu vətəndaşların 3 aylıq ödənişlərini əvvəlcədən alsa da, dərslər keçirilməyib.

A.İsmayılovun sosial şəbəkələrdə səhifəsini bir sıra məşhur bloqerlər və müğənnilər də reklam edib. Bu yolla o, vətəndaşların inamını qazanıb.