Вернуться назад Распечатать

Özünü SOCAR-ın yüksək vəzifəlisi kimi təqdim edən şəxs yenidən məhkəmə qarşısında

Dələduzluqda və rüşvətə təhrik etməkdə təqsirləndirilən Sübhan Tağıyevin barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.

1xeber.media  əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmədə araşdırılır.

İttihama görə, Tovuz rayon sakini, 1996-cı il təvəllüdlü Sübhan Tağıyev özünü bir neçə vətəndaşa Dövlət Neft Şirkətinin (SOCAR) İnsan resursları şöbəsinin səlahiyyətli şəxsi, digər şəxslərə isə “İdeal” adlı şirkətin müdiri kimi təqdim edib, SOCAR-da geniş əlaqələrə malik olduğunu deyib. O, həmin şəxslərə adının isə " Akşin" olduğunu söyləyərək onları işə düzəldəcəyi vədini verib. Sübhan Tağıyev aldatdığı vətəndaşlardan ümumilikdə 7 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirib.

Daha sonra aldaldıqlarını görən şəxslər hüquq-müdafiə orqanlarına müraciət edib və Sübhan Tağıyev saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.Məhkəmədə Sübhan Tağıyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və deyib ki, heç bir yerdə işləmir.Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.