Вернуться назад Распечатать

Bakının mərkəzində homoseksual şəxs əmisi tərəfindən öldürüldü

Noyabrın 4-də Bakı şəhəri Bəşir Səfəroğlu küçəsində, indiki "Efkar Meyhane" adlı məkanın yaxınlığında qətl hadisəsi baş verib.

1xeber.media xəbər verir ki,Milli.Az-ın əldə etdiyi məlumata görə, cinsi azlıq nümayəndəsi Rüzgar ad ilə tanınan Yasin İbadov çoxsaylı bıçaq zərbələri ilə hücuma məruz qalıb. Yasin İbadov aldığı bıçaq zərbələrindən hadisə yerindən ölüb.

Hadisənin həmin şəxsin əmisi tərəfindən ailə-məişət zəminində törədildiyi bildirilir.

Hadisənin törətməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Saxlanılan şəxsin əvvəllərdə məhkum olunduğu bildirilir.