Вернуться назад Распечатать

Elgiz Alxanovun həbs olunma səbəbi bilindi

"Həyat üçün şans" reabilitasiya mərkəzinin təssisçisi və rəhbəri Elgiz Alxanov həbs edilib.

1xeber.media  "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun həbs olunmasına səbəb sözügedən mərkəzdə müalicə alan pasientlərdən birinin işgəncə nəticəsində ö|məsidir.Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Həmçinin, Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən villalardan birində fəaliyyət göstərən həmin reabilitasiya mərkəzinin qanuni əsaslarla fəaliyyət göstərib-göstərmədiyinə dair də araşdırma aparılır.