Вернуться назад Распечатать

Qanunsuz saxlanılan odlu silah-sursat aşkarlandı

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
 
1xeber.media xəbər verir ki,dekabrın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 2 qumbara, 7 tüfəng, 6 patron darağı və 227 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.