Вернуться назад Распечатать

DİN sürücülərə müraciət etdi

Yol hərəkəti təhlükəsizliyinin təmin olunması hər birimizin məsuliyyətidir. Xüsusilə yolda hərəkət zolağının düzgün seçilməsi və bu zolaq üzrə hərəkətin qorunması sürücü intizamının əsas göstəricilərindən biridir.

1xeber.media xəbər verir ki,DİN mətbuat xidməti bildirir ki,yolun hərəkət hissəsinin zolaqlara ayrılması nəqliyyatın axınının tənzimlənməsində, istiqamətin müəyyənləşdirilməsində, bir sözlə - qəza riskinin qarşısının almasında mühüm rol oynayır.

Təəssüf ki, bəzi sürücülər məsuliyyətsiz davranaraq nişanlanma xətlərini,  digər avtomobilləri nəzərə almadan zolaqları tez-tez dəyişirlər ki, bu da yollarda qarışıqlıq, süni sıxlıq və qəza riski yaradır.

Hər bir sürücü daxil olduğu hərəkət zolağında, müəyyən olunmuş istiqamət üzrə nizamlı hərəkət etsə, yolda axıcılıq təmin olunmaqla sıxlığın qarşısı alınar, yol-nəqliyyat hadisələrinin sayı minimuma enər.