Вернуться назад Распечатать

Sumqayıtda qadının pulqabısını oğurlayan şəxs saxlanıldı

Polisə müraciət edən qadın 9-cu mikrorayon ərazisində içərisində 7000 manatı, bank kartları və sənədləri olan pulqabısının oğurlandığını bildirib. 

DİN Mətbuat Xidmətindən 1xeber.media verilən məlumata görə,Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər narkotik cinayətinə görə məhkum olunmuş 35 yaşlı S.Atakişiyev müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.