Вернуться назад Распечатать

Mobil telefon oğruları saxlanıldı

Polis əməkdaşları Sumqayıtda və Abşeron rayonunda mobil telefon oğurluğunda şübhəli bilinən 4 nəfəri saxlayıb 

1xeber.media xəbər verir ki,Sumqayıt şəhəri ərazisində bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən 26 yaşlı S.Abıdov Sumqayıt ŞPİ 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə müxtəlif vaxtlarda 3 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 47 yaşlı M.Sənəliyev, 40 yaşlı Z.Fərzalıyev və 49 yaşlı Z.Məlikzadə müəyyən olunaraq saxlanılıblar. 

Faktlarla bağlı araşdırmalar aparılır.