Вернуться назад Распечатать

Azərbaycanda əməliyyat: Pulemyot, qumbara və yüzlərlə patron...

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə 1xeber.media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Yanvarın 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 1 pulemyot, 2 tapança, 7 qumbara, 18 tüfəng, 12 patron darağı və 886 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.