Вернуться назад Распечатать

Qadının 1000 manat dəyərində geyim və kosmetik əşyaları olan çantası oğurlandı

Nəsimi rayonu ərazisində bir qadının içərisində 280 manat pulu, 1000 manat dəyərində geyim və kosmetik əşyaları olan çantasının oğurlanması barədə polisə məlumat daxil olub.

1xeber.media xəbər verir ki,Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı N.Maqantayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.