Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
1xeber.media xəbər verir ki ,dekabrın 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 11 qumbara, 5 alışdırıcı, 14 tüfəng, 4 patron darağı və 181 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.