Вернуться назад Распечатать

Narkotik asılılığı həyatın sonu deyi-Seçim var...

Balakəndə yerləşən tam orta məktəblərdə gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə təşviq edilməsi ilə bağlı  silsilə görüşlər təşkil edilib. 


1xeber.media xəbər verir ki,yuxarı sinif şagirdləri, eləcə də onların valideynlərinin  iştirakı ilə keçirilən görüşlərdə çıxış edən rayon polis şöbəsinin rəhbərliyi və Polis Akademiyasının nümayəndəsi ali təhsil müəssisələrinə hazırlaşan, daxili işlər orqanlarında xidmət etmək həvəsində olan abituriyentlərə Polis Akademiyası barədə ətraflı məlumat veriblər.

Həmçinin, növbəti tədris ilindən akademiyaya hüquqşünaslıqla yanaşı informasiya təhlükəsizliyi ixtisası üzrə də kursant qəbulunun həyata keçiriləcəyi barədə məktəbliləri məlumatlandırıblar. Daha sonra qocaman təhsil müəssisəsinə qəbul qaydaları barədə şagirdləri maraqlandıran suallar cavablandırılıb,  orada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şəraitdən danışılıb