Вернуться назад Распечатать

Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıb

"Hyundai" markalı, 49-BG-650 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Emil Şərifov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

1xeber.media xəbər verir ki, sürücü barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin  qərarına əsasən E.Şərifovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla cərimə olunub.