Вернуться назад Распечатать

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən yeniyetmə saxlanıldı

Nəsimi rayonu ərazisindən “Yamaha” markalı motosikletin qaçırılması barədə polisə məlumat daxil olub.  

1xeber.media xəbər verir ki,Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən yeniyetmə motosikletlə birgə saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.