Вернуться назад Распечатать

Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib

Törətdiyi cinayət əməllərinə görə axtarışda olan şübhəli şəxs Qusar rayonunda saxlanılarkən odlu silahla polis əməkdaşlarına müqavimət göstərib. 

DİN-in Mətbuat Xidmətindən 1xeber.media verilən məlumata görə 30 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Alxas Şıxmətov polis əməkdaşları tərəfindən zərərsizləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.